Xəbər lentİ


İmişli məşğulluq idarəsinəd nə baş verir? - İDDİA

10:33, 21.11.20
251
bolge
İmişli məşğulluq idarəsinəd nə baş verir? - İDDİA



Redaksiyamıza daxil olan məlumatı olduğu kimi sizlərə təqdim edirik. İyun ayında ƏƏSMN- nin rəsmi saytında dost xidmətinin xətti ilə İmişlidə ictimai işlərə cəlb olunanların sayı 789 nəfərə yaxın olsada bu işçilərin harda nə işlə məşğul olmaları barədə bilən yoxdur, bu qədər insanların isə götürüldüyünü nəzərə alsaq İmişli rayonunun küçələri Parisdən təmiz olmalı deyildimi, ən acınacaqlısı odur ki, işçilərin işə niyə gəlməməsinə nəzarət edən bir qurum yoxdur, və beləliklə dövlət büdcəsindən təxminən hər ay 180 min manat ogurlanir deyə bilərik. Bu qədər işçi işə gəlib gəlməmsi faktını gəlib hörmətli Nazirlik yerində öz gözü ilə görə bilər. Əlbətdə müəyyən qrup insanlar var ki, məsələn veteranlar xəstələr imtiyaz sahibidirlər bunar isə gəlməsə də,olar bunu anlayışla qarşılamaq olar.Amma dövlət başçısının humanizm prinsiplərinə söykənərək Şəhər və bölgələrdə işsizliyin qismən də olsa aradan qaldırılmasını nəzərə alıb bu qərarı verməsi təqdirə layiqdir. Amma dövlət başçısı bu qərarı ona görə verməyib ki, evdə oturub əmmək haqqı allsinlar ona görə verib ki, insanlar öz rayonlarında gözəl təmiz qalmasında rol oynasinlar.Bu problemi işçiləri işə götürən İmişli məsqulluq mərkəzinin diqqətinə çatdırmaq istəyərdik ki, bilmirlərsə bilsinlər . Çünkü bu qədər işçisi olan İmişlinin bəzən küçə və məhəllələrində zibil əlindən hərəkət etmək olmur, yox hərşey təmizdir deyib bizi yalanla günahlandırmaq çalışanlara isə, biraz ehtiyatlı olmalarında xatırladırıq çünki yetərincə foto şəkillər mövcuddur ki, isbat edə bilərik. Ölkəmizin karona virusu, məlum haqqlı olduğumuz muharibə şəraitində olduğumuzu nəzərə alsaq, cavabdeh məmurların ölkə rəhbərliyinə necə biganə yanasdiqlarninda deyə bilərik, əslində onlar dövlət büdcəsinə qənaət etməklə ölkəmizə prezidentimizə dəstək olmalı deyildilərdimi? Əlbəttə olmalı idilər, amma əfsuslar olsun ki, görünən mənzərə bunun tam əksi olmasından xəbər verir.
Adı çəkilən sosial işlərdə həqiqətən vaxtında işə gəlib öz işinin öhdəsindən gəlmək istəyən insanlar yetərincədir,əfsus olsun ki, apardığımız söhbətlər zamanı onları işlə təmin etmirlər, dediklərində şahidi olduq, əvəzində isə geyim bazarında çalışanlar,taksi sürücüləri, və digər insanları , bu xidmətdən yaralanması , şübhəli məqamlardan xəbər verir.Bu yazılanları nazirliyin tərtib etdiyi və öz rəsmi saytlarında göstərdiyi iyul ayında ki, işçi siyahısını əldə əsas tutub qeyd edirik. Ümüd edirik ki, aidiyyatı nazirlik bu barədə bir tədbir görəcəkdir, əks təqdirdə onlarında ölkə başçımızın yanında olmaları sual altına düşmüş olacaq. Umumiyyətlə ƏƏSMN-yi üçün vətənə dövlətə layiqincə xidmət edə biləcək kadrlar tapaq bu qədərmi cətindir? Son zamanlar işlərində ciddi nöqsanlara yol verdiklərinə görə, işlərindən uzaqlaşdırılan məmurların yenidən gətirilib adı çəkilən nazirlik tərəfindən yenidən vəzifəyə təyin edilməsi təəccüb doğuran amillərdəndir. Hər halda Hörmətli nazirimiz Sahil Babayev umud edək ki, bu yazımızı oxudugdan sonra çox ciddi addımlar atacaq, biz buna ümüd edirik.Bizdən deməkdi.
Yaranmış problemlə bağlı aidiyyatı nazirliyi dinləməyə hazırıq.
Xeberfakt.az

Fikirlər

 Oxşar xəbərlər: