Xəbər lentİ


Göyçayda Vətən müharibəsində iştirak edənlərin ailəsindən rüşvət tələb edilir – İDDİA

09:56, 19.11.20
263
bolge
Göyçayda Vətən müharibəsində iştirak edənlərin ailəsindən rüşvət tələb edilir – İDDİA




Göyçay rayonu Müskürlü kənd sakini Həsrətov Ruslan Əmir ​ oğlu tərəfindən ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​

​ MÜRACİƏT​

Mən iki əsgərin ailəsi olaraq Azərbaycan dövlətindən, Azərbaycan xalqından kömək istəyirəm. Mən 4 azyaşlı uşağımla Göyçay rayonu Müskürlü kəndində acınacaqlı yoxsulluq şəraitində yaşayıram. Evimə qaz xətti olmadığı üçün qışda soyuqda əziyyət çəkirik. Hansıki mövcud qaz xətti ilə evimizə qədər olan məsafə 100 metrdir. Buna görə evimizə qaz xəttinin çəkilməsi üçün “Azəriqaz” İstehsalat Birliyinin Ağsu Regioanal Qaz İstismarı İdarəsinin Göyçay xidmət sahəsi məndən 1200 manat pul istəyir. Buna isə mənim maddi imkanım yoxdur. Çünki işsizəm. 4 azyaşlı olmaqla 6 nəfərdən ibarət ailəm var. Bizim yaşayışımızı gəlib gözləri ilə görən olsa dəhşətə gələr. Qazın olmamasına görə soyuq evdə yaşadığımız üçün 4 yaşlı uşağımın ağciyərinə su gəlib, həyat yoldaşımın qaraciyəri xəstəliyə yoluxub. Növbəti qışda qazımız olmasa ailəmiz, azyaşlı uşaqlarım soyuqdan xəstələnib öləcəklər. Qeyd edim ki, ailəmin iki üzvü Yusif və Pərvin Həsrətzadə qardaşları Qarabağın azadlığı uğrinda gedən döyüşlərdə könüllü olaraq ön cəbhədə iştirak edirlər. ​ Çıxılmaz vəziyyətdə, ölümlə üz-üzə qalsaq da, ümidimizi ​ üzməmişik. Azərbaycan xalqına və Azərbaycan dövlətinə güvənib bu müraciəti edirik.

Sizdən xahiş edirəm, Sizə yalvarıram, azyaşlı uşaqlarımın xəstəlikdən ölməməsi üçün evimizə qaz xəttinin çəkilməsinə köməklik göstərəsiniz.

DOSYE.ORG

Fikirlər

 Oxşar xəbərlər: